Sürücü uşağı vurmamaq üçün maşını dirəyə çırpıb » Memur.az

Sürücü uşağı vurmamaq üçün maşını dirəyə çırpıb

Sürücü uşağı vurmamaq üçün maşını dirəyə çırpıb

Lənkəranın Sütəmurdov kəndi ərazisində yol qəzası baş verib.

"Report" xəbər verir ki, Velədi kənd sakini 34 yaşlı Amid Əyyar oğlu Əliyev idarə etdiyi "Mercedes" markalı minik maşını ilə maneədən qaçmaq istəyərkən yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Sürət yüksək olduğundan təhlükəsizlik yastığının açılmasına baxmayaraq, sürücü baş nahiyəsindən xəsarət alıb. Zərbənin gücündən beton elekrtik dirəyi parçalanıb, avtomaşına ciddi ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili uşağı vurmamaq üçün yoldan kənara çəkib və qəza törədib. Yaralı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.