Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib » Memur.az

Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan Gəncə şəhər "N" saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

"Report"un məlumatına görə, təxminən 2 min 500 gənc əsgər vətənə sədaqət andı içib.
Mərasimdən öncə əsgərlər və qonaqlar üçün musiqi proqramı olub.

Sonra hərbi hissənin zabit heyəti əsgərlər önündə çıxış edərək onlara hərbi formanı geyinməyin şərəfindən danışıb, əsgərlərə dözümlülük, səbr və yaxşı xidmət etməyi arzulayıblar.

Bundan sonra əsgərlərin təntənəli hərbi keçidi və andiçməsi baş tutub.