Azərbaycanlı səyyahı Misirdə "agent" ittihamı ilə həbs etdilər » Memur.az

Azərbaycanlı səyyahı Misirdə "agent" ittihamı ilə həbs etdilər

Azərbaycanlı səyyahı Misirdə "agent" ittihamı ilə həbs etdilər

"Bir gün həbsdə saxladılar, 400 dollar da pulumu aldılar"

Velosipedlə dünya turuna çıxan azərbaycanlı səyyah Ramil Ziyadovu Misirdə "agent" ittihamı ilə həbs ediblər.

Lent.az-ın haberler.com saytına istinadən verdiyi xəbərə görə, təyayrə ilə Qahirədən İstanbula gələn səyyah deyib ki, o, Misir səfəri zamanı Türkiyə və Azərbaycan bayraqlarını açdığı üçün tanımadığı bir qrup tərəfindən casus ittihamı ilə üzləşib.

"Məni casus olmaqda suçladılar. Daha sonra da Qahirəyə apardılar, bir gün həbsdə saxladılar, 400 dollar da pulumu aldılar" deyə, o bildirib.

Pulu qalmadığı üçün Misir səfərini yarımçıq kəsən Ziyadov Türkiyəyə gəlmək üçün bilet pulunun və karqo məsrəfinin də bir Türkiyə vətəndaşı tərəfindən ödəndiyini deyib. O bildirib ki, Atatürk hava limanında dincəldikdən sonra səyahətinə yenə də velosipedlə davam edəcək. O, bundan sonra hansı ökəyə gedəcəyinə hələlik qərar vermədiyini də qeyd edib.

Xatırladaq ki, R. Ziyadov iki il öncə səyahətə başlayıb. O, bu müddət ərzində Çindən İspaniyaya qədər bir çox ölkədə olub. O, səyahətinin Azərbaycan mədəniyyətini tanıtmaq məqsədi daşıdığını da bildirib. Azərbaycanlı səyyahı Misirdə "agent" ittihamı ilə həbs etdilər