Azərbaycanda "Kamaz" hamilə qadını vurub » Memur.az

Azərbaycanda "Kamaz" hamilə qadını vurub

Azərbaycanda "Kamaz" hamilə qadını vurub

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-qəza hadisəsi zamanı xəstəxanaya yerləşdirilən 21 yaşlı Aytac Abdullayeva dünyasını dəyişib.

"Report" xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsində 1 gün müalicəsini davam etdirən qadın bu gün səhər saatlarında görülən qabaqlayıcı tədbirlərə baxmayaraq ölüb. Xatırladaq ki, 1994-cü il təvəllüdlü Aytac Abdullayeva Göygöl rayonunu Yeni Qızılca kəndində yolu kemək istəyərkən rayon sakini Binəli Tapışanov idarə etdiyi “Kamaz” markalı avtomobil tərəfindən vurulub. Astara rayon sakini 21 yaşlı qadın yeni ailə həyatı qurub və dünyasını dəyişərkən 4 aylıq hamilə olub. Şahidlərin bildirdiyinə görə, mərhum yolu keçərkən qulaqcıq vasitəsilə musiqi dinləyrimiş və bu səbədən də sürətlə hərəkət edən yük avtomobolinin siqnalını eşitməyib. Faktla bağlı Göygöl rayon Prokuroroluğunda araşdırma aparılır.