• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: “Qanunsuz hərəkətləri etməyimizə rəisimiz göstəriş verib”

Hadisə

27-01-2024, 10:56

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: “Qanunsuz hərəkətləri etməyimizə rəisimiz göstəriş verib”Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Anar Məmmədov bildirib ki, 2015-2019-cu illərdə Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi olub:

“Artıq sifariş verərək dövlət büdcəsindən əlavə pullar alaraq mənimsəmişik. Əlavə yazılan pulların 40 faizini geri qaytarmışam. Həmin pulları Cəlal Kazımova vermişəm. Hərbi hissədə yoxlamalar aparılıb, əlavə şişirdilmiş vəsaitlər müəyyən edilib. Həmin vasitələri də özümüzə götürmüşük. Sonradan yoxlamaya gələnlərə isə həmin vəsaitlərin bir hissəsini vermişik”.

Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib və həmin yoxlamaların nəticəsi ilə razı olub: “İşlədiyim birinci hərbi hissədə aparılan yoxlama zamanı 391 961 manat, digər hərbi hissədə isə 50 min manat mənimsəmə müəyyən edilib. Həmin məbləğin 161 min manatı mənim tərəfdən mənimsənilib. Qalan vəsait isə müxtəlif vaxtlarda yoxlamaya gələn Həsən Paşayev və Kərəm müəllimə verilib. Bundan əlavə isə yoxlamaya gələn Cəlal Kazımova da pullar vermişəm. Birinci xidmət etdiyim hərbi hissədə Cəlal müəllimə tabe olmuşam. Bu səbəbdən yoxlamaların çoxunu da onun özü aparıb. Cəlal müəllim mənim rəisim olub, nə deyib, onu da etmişəm. Onların həmin pulları kimlərə çatdırdığın bilməmişəm”.

Prokurorun suallarına şahid belə cavab verib: “Tərəfimdən vurulmuş ziyanın ödənilməsi istiqamətində çalışıram və yaxın müddətdə ödəyəcəyəm”.

Təqsirləndirilən şəxs Cəlal Kazımov şahidin dediklərinə etiraz edib. Cəlal Kazımov şahidi yalan danışmaqda ittiham edib: “Bu bizim qoyduğumuz qaydayla işləməyib. Heç kimə də bir qəpik pul verməyib. Bu, Daxili Qoşunlardan gəlmişdi. Orada gizir idi, bizdə zabit oldu. Bu hərbi hissədə olan qadınların kartlarına pulları vurub, sonra onlardan hansısa yolla pulları alıb. Bununla bağlı məsələləri birbaşa təftişinin rəisi olan Rafael Xələfova məruzə etmişəm. Məndən qabaq heç kim bunun işini yoxlamayıb. Çünki bu Namiq Poladovun yaxın adamı idi. Hər ikisi eyni vaxtda Daxili Qoşunlardan bir gəlmişdi. Bunun işində çatışmazlıqları aşkar edib, izahatını almışdım, artıq olan pulları da vermirdi. Axırda bağını satıb verəcəyini bildirdi. Sonradan nazirlikdə aləm bir-birinə dəydi. Dedilər onunla nə işin var? Birbaşa nazirinin bacanağı olan general Elxan İbrahimova çıxmışdı. Bütün məsələləri birbaşa Nizami müəllimə dedim”.

Nizami Məmmədov məsələyə münasibət bildirib. O deyib ki, məsələlərdən xəbərdar olub: “Tapşırıq verdim ki, heç kim ondan pul almasın, nə də artıq maliyyə sifarişi qəbul etsin. Həm də ona ciddi nəzarət edilməsi ilə bağlı tapşırıq verdim. Bir müddət sonra həmin hərbi hissədən çıxartdım, başqa balaca hərbi hissəyə göndərdim. Anar Məmmədovda olan artıq pulun dövlət büdcəsinə qaytarılmasını tələb etdim və pul dövlət büdcəsinə qaytarıldı. İndi burda bilirəm ki, bu getdiyi hərbi hissədə də pul mənimsəyib”.

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahidə dövlətə tərəfindən vurulmuş ziyanı ödəməyi təklif edib. Deyib ki, şahid Anar Məmmədov tərəfindən vurulmuş ziyanla bağlı burada olan digər təqsirləndirilən şəxslərə ümumi ittiham verilib.

Vəkil deyib ki, tərəflərin vurulmuş ziyanı ödəməsi ümumi işin xeyrinə ola bilər.
Bu məsələ ilə bağlı prosesə sədrlik edən hakim Fikrət Əliyev də şahidə qısa arayış verib: “Bütün görülən işlər vahid cinayət işində birləşdirilib. Ziyanın ödənilməsi işin hallarına müsbət nəticələnir. Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə ziyan ödənildiyi halda istintaq tərəfindən cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilir. Lakin dəymiş ziyanı ödəməyən şəxsin barəsində həbs qətimkan tədbiri seçilir. Şahidlərlə bağlı vurulmuş ziyan üzrə ayrıca icraatda iş gedir. Bu səbəbdən hazırda istintaqı aparılan işlər hazırkı cinayət içi araşdırılan işlə əlaqəli işdir. Sizə məsləhət görürəm ki, ziyanı ödəyəsiniz, yoxsa barənizdə tədbir görülə bilər. İndi ziyanı ödəmək öz işinizdir. Amma mən yumşaq şəkildə problemin həll olunmasını izah etdim”.

Daha sonra şahid qismində ifadə verən Emin Əhmədov bildirib ki, qanunsuzluğa yol veriblər, bunun da nəticəsində dövlətə ziyan dəyib: “Bizə qanunsuz hərəkətləri etməyimizə rəisimiz göstəriş verib. Sonradan yoxlamalar aparılıb. Artıq qalan vəsaitin 65 faizini yoxlamaya gələnlərə vermişəm, 35 faizini özünə götürmüşəm. Ümumilikdə, mənim tərəfimdən dəyən ziyan 108 min manatdır. Bunun da 30 min manatını ödəmişəm. Qalan pulu da ödəyəcəyəm”.

Proses fevralın 2-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş:
Digər xəbərlər

Sosial

13-11-2023, 09:36

Sabiq maliyyə rəisi yenidən apellyasiya şikayəti verdi

Sosial

2-10-2023, 10:14

Sabiq maliyyə rəisi apellyasiya şikayəti verdi

Müsahibə

23-01-2023, 15:30

Nəcməddin Sadıkovun yaxın adamı hərbçiləri evində fəhlə kimi işlədib - YENİ ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Dünən, 10:35
    Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Dünən, 10:33
    Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
  • Dünən, 09:21
    İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
  • Dünən, 09:16
    Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
  • Dünən, 09:13
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 9-05-2026, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • 9-05-2026, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • 9-05-2026, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • 9-05-2026, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
  • 7-05-2026, 11:10
    Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 7-05-2026, 11:09
    İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
  • 7-05-2026, 11:09
    İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
  • 6-05-2026, 11:28
    Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
  • 6-05-2026, 11:09
    Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
  • 6-05-2026, 11:08
    Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
  • 6-05-2026, 11:07
    Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
  • 6-05-2026, 11:07
    ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
  • 6-05-2026, 11:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
  • 6-05-2026, 11:01
    Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"
  • 6-05-2026, 11:00
    Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...