Zəkəriyya Öz qaçmayıb, qaçırılıb – İddia » Memur.az

Zəkəriyya Öz qaçmayıb, qaçırılıb – İddia

Zəkəriyya Öz qaçmayıb, qaçırılıb – İddia

Ergenekon istintaqı vaxtı ağır xəstəlik səbəbindən dünyasını dəyişən Qüddusi Okkirin həyat yoldaşı Səbriyə Okkir keçmiş prokuror Zəkəriyya Öz haqqında mühüm iddialar irəli sürüb.

Musavat.com-un məlumatına görə, Səbriyyə Okkir Zəkəriyya Öz və Cəlal Karanın dövlət tərəfindən gecə yarısından sonra Gürcüstana qaçırıldığını iddia edib.

Səbriyyə Okkir deyib: “Zəkəriyya Öz guya qaçıb. Qaçmadan əvvəl niyə tutmurdunuz? Niyə mane olmadınız? Təkrar edirəm onlar qəçmadı, qaçırıldı. Dövlət onları qaçırdı. Barələrində çıxan qərarlar da göz boyamaq üçündür”.

Qeyd edək ki, Zəkəriyya Öz, Cəlal Kara, Artvin Sarp ifadə vermək üçün prokurorluğa çağırılsalar da getməyiblər. Bundan sonra onlar haqqında həbs qərarı çıxarılıb. Daha sonra bu üç şəxsin Gürcüstana qaçdığı xəbəri yayılıb.