Balakən sakinindən külli miqdarda narkotik götürülüb » Memur.az

Balakən sakinindən külli miqdarda narkotik götürülüb

Balakən sakinindən külli miqdarda narkotik götürülüb

Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Balakən rayon sakini tutulub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhəri Heydər Əliyev prospektində Balakən rayon Talalar kənd sakini, 22 yaşlı Azad Albuşov şübhəli şəxs qismində saxlanılıb. Ondan 2,375 kq narkotik vasitə hesab olunan qurudulmamış marixuana götürülüb. Araşdırma zamanı məlum olub ki, Azad Albuşov Qax rayonunda çöllük sahədə bitmiş marixuananı yığaraq özü ilə rayon mərkəzinə gətirib. Şəhərdə gəzərkən isə polis onu saxlayıb.

Azad Albuşov barəsində Qax rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.