Bakıda 95 minlik fırıldaq » Memur.az

Bakıda 95 minlik fırıldaq

Bakıda 95 minlik fırıldaq

Dələduzluq edən şəxs özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi qələmə verib.

Bakıda daha bir dələduzluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1982-ci ildə Kəlbəcər rayonunda anadan olmuş və hazırda Novxanı qəsəbəsində yaşayan Ələkbərov Elgün Vilayət oğlu külli miqdarda pulunun mənimsənildiyini bildirib. Şikayətçi qeyd edib ki, yanvarın 28-də saat 18 radələrində Azərbaycan prospekti 8-in qarşısında (Daxili İşlər Nazirliyinin yaxınlığı) özünü nazirliyin əməkdaşı kimi təqdim edən Rüfət adlı şəxsə Binəqədi rayonunda “Oba” MTK tərəfindən inşa edilən çoxmərtəbəli binada ev almaq məqsədi ilə 95 min manat pul verib. Lakin sonradan məlum olub ki, ona verilən ev sənədləri saxtadır.

Şikayətçi polisdən xahiş edib ki, verdiyi pullar geri qaytarılsın və dələduzluq edən şəxslər cəzalandırılsın.

Müraciət əsasında araşdırmalar davam etdirilir.