NATO qırıcıları rusların 12 təyyarəsini tutdu » Memur.az

NATO qırıcıları rusların 12 təyyarəsini tutdu

NATO qırıcıları rusların 12 təyyarəsini tutdu

NATO-nun hava polisinin qırıcı təyyarələri Latviyanın hava sərhədlərinin yaxınlığında 12 rus təyyarəsini yaxalayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Latviya Milli Silahlı Qüvvələri öz Twitter səhifəsindən paylaşıb.

"Hava polisinin qırıcıları bu gün - iyulun 29-da Baltik dənizi üzərində, Latviya sərhədlərinin yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 3 təyyarəsini, bir "İL-76”, 4 "MiQ-31” və 4 "Su-24” təyyarəsini yaxalayıb” - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Baltikyanı ölkələrdən heç birinin hava məkanı pozulmayıb.

Bundan əvvəl isə Latviya Silahlı Qüvvələri Rusiyanın 3 hərbi təyyarəsini yaxalaması barədə informasiya yaymışdı.