Ağcabədidə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var » Memur.az

Ağcabədidə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Ağcabədidə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar varAğcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayonunun Hindarx qəsəbəsindən keçən ərazisində qeydə alınıb.

1993-cü il təvəllüdlü Natiq Fəqani oğlu Fərəcovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə 1999-cu il təvəllüdlü Süleyman Yelmar oğlu Fətəliyevin idarə etdiyi MG markalı avtomobil toqquşub.
Nəticədə MG markalı avtomobildə olan sərnişin Qəyanə Hüseyn qızı Həsənova aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə olan digər sərnişin, Kəmalə Hüseyn qızı Məmmədova və “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Natiq Fəqani oğlu Fərəcov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Fakta görə Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.