Montin Bazarında etiraz aksiyası » Memur.az

Montin Bazarında etiraz aksiyası

Montin Bazarında etiraz aksiyası

Vergilər Nazirliyinin Ticarət Mərkəzindən 50 min manat vergi istəməsi ortalığı qarışdırıb, İdarə Heyəti bir həftə mərkəzi bağlı saxlayacaq

Nərimanov rayonu ərazisində yerlşən “Montin Bazarı” kimi tanınan ticarət mərkəzində mağaza sahiblərinin etiraz aksiyası keçiriblər. JAM.AZ xəbər verir ki, aksiyaya səbəb Montin Bazarının sahibinin aldığı qərar olub.

Belə ki, ötən gün Montin Bazarına 50 min manat vergi rüsumu qoyulub. Bazarın İdarə Heyəti isə bu qərarla razılaşmır və Ticarət Mərkəzini bir həftəlik bağlamağı qərara alıb.

Bazarda fəaliyyət göstərən sahibkarlar isə bildirirlər ki, mağazalarda satdıqları malları banklardan götürdükləri kerdit hesabına alıblar. Təkcə gəlir yeri olan bu mağazlar vasitəsi ilə həm özlərinin xərclərini qarşılayır, həm də bank kreditlərini ödəyirlər. Etiraz edənlər, məsələ ilə bağlı dövlətdən kömək istəyirlər.