Rusiyada güclü zəlzələ baş verdi
hadise
20-04-2023, 10:31
312

Bildirilib ki, yeraltı təkanlar Sakit okeanda, təxminən 166 min insanın yaşadığı Petropavlovsk-Kamçatsk şəhərindən 243 kilometr aralıda qeydə alınıb.
Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tələfat və dağıntı, sunami təhlükəsi yoxdur.
Mənbə: gazeta.ru