İsrail Qəzza zolağında HƏMAS-ın hərbi bazasına hücum edib » Memur.az

İsrail Qəzza zolağında HƏMAS-ın hərbi bazasına hücum edib

İsrail Qəzza zolağında HƏMAS-ın hərbi bazasına hücum edibİsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hərbi kompleksinə hücum etdiyini bildirib.

“Bu səhər İsrail Müdafiə Qüvvələri HƏMAS terror təşkilatına məxsus silah istehsalı müəssisəsi və hərbi iqamətgahına hücum edib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağından İsrail istiqamətində altı raket atıldığını, onlardan beşinin hava hücumundan müdafiə sistemləri tərəfindən tutulduğunu bildirmişdi.

Mənbə: RT