Bakıda dördüncü mərtəbədən yıxılan şəxs sağ qalıb » Memur.az

Bakıda dördüncü mərtəbədən yıxılan şəxs sağ qalıb

Bakıda dördüncü mərtəbədən yıxılan şəxs sağ qalıb

Bakı şəhərinin Xətai rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbədəki mənzilinın eyvanından yıxılaraq köməksiz vəziyyətdə qalıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Onlar vətəndaşa müvafiq köməklik göstərərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:21-də başa çatıb.