Sürücü sükan arxasında yuxuya getdi — 1 ölü, 3 yaralı » Memur.az

Sürücü sükan arxasında yuxuya getdi — 1 ölü, 3 yaralı

Sürücü sükan arxasında yuxuya getdi — 1 ölü, 3 yaralı

Şamaxıda ölumlə nəticələn yol qəzası baş verib.

Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qəbələyə gedən minik maşını yoldan çıxaraq yolun ortasında yerləşən dairəvi hərəkət yolayırıcısına çırpılıb. Sərnişinlərin sözlərinə görə avtomobili idarə edən sürücü Qəbələ rayon Vəndam kənd sakini 1970 ci il təvəllüdlü Ramik Məmmədov bir anda sükan arxasında yuxuya gedib. Qəza zamanı yoldan çıxan avtomobil istiqmətini dəyişib.

Sürücüdə daxil olmaqla 3 nəfər Qəbələ rayon Vəndam kənd sakini, sərnişin 1966 cı il təvəllüdlü Ağayeva Leyla, onun həyat yoldaşı 1964 cü il təvəllüdlü Bağırov Ədalət müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdrilib.

Hadisə zamanı ağır bədən xəsarəti alan 1973 cü il təvəllüdlü Elnarə Bağırova xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. İlkin məlumatlara görə və sürcünün sözlərinə əsasən qəzaya səbəb sürcünün sükan arxasında yuxuya getməsdir.

Faktla bağlı Baş Dövlət Yol İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. (report)