Mirzə Ələkbər Sabirin qohumuna 10 il həbs cəzası verildi » Memur.az

Mirzə Ələkbər Sabirin qohumuna 10 il həbs cəzası verildi

Mirzə Ələkbər Sabirin qohumuna 10 il həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirlənən Samir Tahirzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Samir Tahirzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçən il may ayında Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Qobustan rayon sakini, 48 yaşlı Samir Tahirzadə saxlanılıb. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə olan heroin və həşiş aşkar edilib.
S.Tahirzadə narkotik maddələri 1500 manata aldığını, şəxsi istifadəsi ilə yanaşı, satmaq niyyətində olduğunu bildirib.
O, əvvələr Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunaraq 7 dəfə azadlıqdan məhrum edilib. Sonuncu dəfə ötən il azadlığa buraxılan S.Tahirzadə barəsində bu dəfə Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, S.Tahirzadə Azərbaycanın dahi şairi Mirzə Ələkbər Sabirin (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) qardaşının nəticəsidir.