Direktor bir gündə iki bayramı qeyd etdiyi gün işdən çıxarılıb » Memur.az

Direktor bir gündə iki bayramı qeyd etdiyi gün işdən çıxarılıb

Direktor bir gündə iki bayramı qeyd etdiyi gün işdən çıxarılıb

Bakıda yerləşən kolleclərdən birinin işdən çıxarılmış direktoru Heydər Hüseynovla bağlı saytın elektron poçtuna yeni, həm də maraqlı bir informasiya daxil olub.

Faktinfo.az saytına daxil olan məlumatlarda bildirilir ki, Heydər Hüseynov may ayının əvvəlində Bakı İdarəetmə və Texnologiya Kollecində işdən çıxarılıb, Azərbaycan Dəniz Balıq Sənaye Kollecinə direktor təyin olunub.

Zamanında eks-prezident Heydər Əliyevin şəxsən kollecə direktor təyin etdiyi Heydər Hüseynovun iyun ayının 15-də 65 yaşı tamam olub. Kollec direktoru üçün bu tarix ikitərəfli bayram imiş. Ad günü və Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını təcəssüm etdirən 15 iyun Qurtuluş bayramı 65 illik yubileyi ilə üst-üstə düşüb. Bununla bağlı təltif ediləcəyini gözləyən kollec direktoru heç ağlına belə gətirməyib ki, onun işdən çıxarılması ad gününə, həm də hər il bayram kimi qeyd etdiyi iyun ayının 15-nə təsadüf edər. Bunu Heydər Hüseynov gözləmirmiş.

Hətta, məlumatlarda o da qeyd olunur ki, Heydər Hüseynovu işdən çıxaracaqdılarsa, nədən bir aylıq digər kollecə təyin edirdilər? Burada məqsəd nə idi? Bəlkə təhsil naziri Mikayıl Cabbarov Heydər Hüseynovu qohumu Elşad İsgəndərova qarşılıq işdən çıxarıb? Çünki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov Mikayıl Cabbarovun qohumu, hazırki sədr Mübariz Qurbanlı isə Heydər Hüseynovun bacanağıdır, – kimi fikirlər də daxil olan mətndə öz əksini tapır.

Məlumat üçün bildirək ki, Heydər Hüseynov 91-lərdən olub.