Tovuz sakini balıq tutmaq üçün kustar üsulla partlayıcı düzəltdi, özü yaralandı » Memur.az

Tovuz sakini balıq tutmaq üçün kustar üsulla partlayıcı düzəltdi, özü yaralandı

Tovuz sakini balıq tutmaq üçün kustar üsulla partlayıcı düzəltdi, özü yaralandıTovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabir küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Məhərrəmov Yusif bədənin müxtəlif nahiyələrin qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib, xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Yusif Məhərrəmov balıq tutmaq üçün kustar üsulla hazırlanmış partlayıcının partlaması nəticəsində ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.