Masazırda qadın dərman içərək intihara cəhd edib » Memur.az

Masazırda qadın dərman içərək intihara cəhd edib

Masazırda qadın dərman içərək intihara cəhd edibAbşeron rayonunda intihara cəhd hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Şirinova Sevda Şahmar qızı dərman içərək özünə qəsd edib.

O, təcili tibbi yardım avtomobilinin köməyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı qadına kəskin psixotrop dərman zəhərlənməsi diaqnozu qoyulub.

Fakt araşdırılır.