Şəkidə qəza: sürücü ölüb » Memur.az

Şəkidə qəza: sürücü ölüb

Şəkidə qəza: sürücü ölüb

Şəkinin Sarıca kəndində (rayon mərkəzindən 60 km aralı) 1958-ci il təvəllüdlü Balaağayev Saməddin Kamaləddin oğluna məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində S. Balaağayev hadisə yerində ölüb.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.