Şirvanda 5 mərtəbəli binada yanğın » Memur.az

Şirvanda 5 mərtəbəli binada yanğın

Şirvanda 5 mərtəbəli binada yanğın

Şirvan şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları, qapı və pəncərə qismən yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.