Dünya Bankından Azərbaycanla bağlı MÜSBƏT PROQNOZ » Memur.az

Dünya Bankından Azərbaycanla bağlı MÜSBƏT PROQNOZ

Dünya Bankından Azərbaycanla bağlı MÜSBƏT PROQNOZDünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırıb.

Oxu.Az-ın məlumatına görə, Bankın Avropa və Mərkəzi Asiya ölkələri üçün dərc etdiyi payız hesabatında üç il üzrə iqtisadi göstəricilər açıqlanıb.

Hesabata əsasən Azərbaycanda 2021-ci ilin sonunda ümumi daxili məhsulun həcminin 5 faiz artacağı proqnozlaşdırılıb. Bankın iyun ayında dərc etdiyi yay hesabatına nəzərən proqnoz 2,8 faiz bənd yaxşılaşdırılıb.

Dünya Bankı 2022-ci illə bağlı iqtisadi proqnozunu da yaxşılaşdırıb. Proqnoza əsasən, Azərbaycanın ÜDM-də 3,1 faiz artım olacağı gözlənilir. Halbuki ötən hesabatda proqnoza əsasən 0,8 faiz azalma gözlənilirdi.

2023-cü ildə isə ölkə iqtisadiyyatında 2,3 faiz artım proqnozlaşdırılır. Ötən hesabatda isə ÜDM-in 0,7 faiz azalacağı qeyd edilmişdi.

Qeyd edək ki, ümumi daxili məhsul (Gross Domestic Product - GDP) bir il ərzində ölkə iqtisadiyyatında istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir.