Avropa çempionatı: Rauf Məmmədov uğurla irəliləyir » Memur.az

Avropa çempionatı: Rauf Məmmədov uğurla irəliləyir

Avropa çempionatı: Rauf Məmmədov uğurla irəliləyirİslandiyanın paytaxtı Reykyavik şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatının səkkizinci turunun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Rauf Məmmədov bu turda rusiyalı Anton Demçenko ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinin liderlərindən olan R.Məmmədov qitə çempionatında məğlubiyyətsiz irəliləyir.

Digər şahmatçılarımızdan Nicat Məmmədov polşalı Kasper Pyorun, Aydın Süleymanlı Ruben Qideon Kölner (Almaniya), Read Səmədov İslandiya təmsilçisi Hedin Steynqrimson ilə heç-heçə ediblər. Nicat Abbasov isə gürcüstanlı Levan Pantsulaya uduzub.

Qeyd edək ki, Rauf Məmmədov ötən turların nəticəsinə görə 6,5 xalla 1-3-cü yerləri bölüşür. Təmsilçilərimizdən N.Məmmədov isə liderdən cəmi yarım xal (6 xal) geri qalaraq 4-9-cu yerləri bölüşür. Digər şahmatçılarımız N.Abasov, A.Süleymanlı və R.Səmədov 4,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.