Çin peyvənd sahəsində Rusiya ilə əməkdaşlıq edəcək » Memur.az

Çin peyvənd sahəsində Rusiya ilə əməkdaşlıq edəcək

Çin peyvənd sahəsində Rusiya ilə əməkdaşlıq edəcəkÇin Rusiya ilə koronavirus infeksiyasına qarşı peyvənd sahəsində əməkdaşlığı dəstəkləməyə hazır olduğunu bildirib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumat departamenti açıqlayıb.

Nazirlikdən bildirilib ki, peyvənd epidemiyaya qarşı mübarizədə əhəmiyyətli bir silahdır.

“Çin tərəfi peyvəndlərlə bağlı müvafiq əməkdaşlıq mövzusunda Rusiya da daxil olmaqla bütün ölkələrlə sıx əlaqə saxlamağa hazırdır”, - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, Rusiya dünyada COVID-19-a qarşı peyvəndi ilk qeydiyyatdan keçirən ölkədir.