Cavad Zərif: “Trampsız dünya daha gözəl olacaq” » Memur.az

Cavad Zərif: “Trampsız dünya daha gözəl olacaq”

Cavad Zərif: “Trampsız dünya daha gözəl olacaq”İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış ABŞ Prezidenti Donald Tramp haqqında açıqlamalar verib.

Zərif “Twitter” paylaşımında Trampsız dünyanın daha gözəl olacağını qeyd edib.

O, bildirib ki, Tramp adminstrasiyasının insanlığa verdiyi zərər onun adminstrasiyası daxilindəki radikalların gözündə hələ yetərsizdir.

Zərif ABŞ-ın husiləri Yəməndəki terror təşkilatları siyahısına salmasını tənqid edərək, qərarın bu ölkədə atılan sülh addımlarına ziyan vurduğunu deyib:

“Husilərin terror təşkilatı siyahısına salınması Yəməndəki vəziyyəti daha da pisləşdirəcək. ABŞ Dövlət Katibi Pompeonun hakimiyyətinin son anlarında belə İrana qarşı böhtan və yalanları barışa əhəmiyyət vermədiklərinin göstəricisidir”.