ABŞ: "Rusiya ilə adi rejimdə biznes aparmağın vaxtı deyil" » Memur.az

ABŞ: "Rusiya ilə adi rejimdə biznes aparmağın vaxtı deyil"

ABŞ: "Rusiya ilə adi rejimdə biznes aparmağın vaxtı deyil"

ABŞ hesab edir ki, iqtisadi mənada hazırda Rusiya ilə adi rejimdə biznes aparmaq olmaz. APA-nın “RİA Novosti”yə istnadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lər Səudiyyə Ərəbistanının Rusiyadan “İsgəndər” raket komplekslərinin əldə etmək niyyətində olduğu barədə məlumat yayıb.

“Nə qədər ki Rusiya beynəlxalq hüququ pozur, onunla adi rejimdə biznes aparmaq olmaz”, deyə Kirbi KİV-də yayılmış xəbərləri şərh edərkən bildirib.

“Biz sahibkarları Rusiya ilə əməkdaşlığı dayandırmağa çağırmırıq. Elə sahələr var ki, biz Rusiya ilə əməkdaşlığı davam etdiririk – buraya, misal üçün, təhlükəsizlik məsələləri aiddir. Mən hər şeyi nəzərdə tutmuram, lakin Rusiya ilə biznes adi şəkildə aparılmamalıdır”, deyə Kirbi bildirib.