Leyla Abdullayeva: “Ermənistan bəşəriyyətə qarşı cinayətlərə görə tam məsuliyyət daşıyır” » Memur.az

Leyla Abdullayeva: “Ermənistan bəşəriyyətə qarşı cinayətlərə görə tam məsuliyyət daşıyır”

Leyla Abdullayeva: “Ermənistan bəşəriyyətə qarşı cinayətlərə görə tam məsuliyyət daşıyır”Ermənistan bəşəriyyətə qarşı cinayətlərə görə tam məsuliyyət daşıyır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında Gəncə terrorunda həlak olanların dəfni ilə əlaqədar paylaşımında bildirib.

XİN sözçüsü şərhinə valideynlərini son mənzilə yola salan uşaqların da şəkillərini əlavə edib.

“Ermənistanın Gəncəyə dağıdıcı raket zərbəsi doqquz azərbaycanlının, o cümlədən bu uşaqların hər iki valideyninin həyatına son qoydu. Ermənistan bu bəşəriyyətə qarşı cinayətlərə görə tam məsuliyyət daşıyır”, - deyə L.Abdullayeva vurğulayıb.

Accompanying parents on their last journey. #Armenia’s treacherous missile strike on #Ganja took lives of 9 #Azerbaijan/i civilians,including both parents of these kids. Armenia bears full responsibility for this #CrimeAgainstHumanity.#StopArmenianAggression#StopArmenianTerror pic.twitter.com/yIFmyIxqm6

— Leyla Abdullayeva (@LAbdullayevaMFA) October 12, 2020