Fransanın paytaxtı təhlükəli bölgə elan edildi » Memur.az

Fransanın paytaxtı təhlükəli bölgə elan edildi

Fransanın paytaxtı təhlükəli bölgə elan edildiFransanın paytaxtı Paris şəhəri və ətraf ərazilər koronavirusun çox yayılması səbəbindən maksimum təhlükəli bölgə elan edilib.

“France-Presse” agentliyi bu barədə hökumət qurumlarının yaydığı məlumata əsasən xəbər yayıb.

Agentliyin məlumatına görə, bununla əlaqədar olaraq, 5 oktyabrdan etibarən Fransa hökuməti paytaxtda yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.

Belə ki, bu gündən etibarən ali məktəb tələbələrinin yalnız yarısı universitetlərə buraxılacaq.

Restoranlar isə ancaq sanitariya tələblərinə tam cavab verəcəyi təqdirdə fəaliyyət göstərə biləcək.

Qeyd edək ki, son rəqəmlərə əsasən, Fransada 619 190 şəxsin koronavirusa yoluxduğu aşkar edilib. 32 230 xəstə pandemiyanın qurbanı olub.