İlham Əliyev: “Bizim şərtimiz birdir – çıxsın bizim torpaqlardan!” » Memur.az

İlham Əliyev: “Bizim şərtimiz birdir – çıxsın bizim torpaqlardan!”

İlham Əliyev: “Bizim şərtimiz birdir – çıxsın bizim torpaqlardan!”Prezident İlham Əliyev Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının dayandırılmasının şərtlərini açıqlayıb.

Azərbaycan xalqına müraciətində İ.Əliyev bildirib ki, yeganə şərt Azərbaycan torpaqlarının azad olunmasıdır. 

“Ermənistanin Baş naziri (Nikol Paşinyan - red.) məndən xahiş etmişdi ki, vaxt verin, məni sıxırlar, məsələni həll edəcəm, yeni fikirlərlə gəlmişəm. Dedim, yaxşı. Amma bir ildən sonra deyir ki, Qarabağ Ermənistanındır. İndi desin, Qarabağ Ermənistandır!”, - deyə İ.Əliyev bildirib. 

“Mənə zənglər olur və soruşurlar ki, bəs sizin şərtiniz nədir? Bizim şərtimiz birdir – çıxsın bizim torpaqlardan. Desin - mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, mən işğal edilmiş torpaqlardan qoşunlarımı çıxaracam, desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm.

Və desin ki Qaqabağ Ermənistan deyil. Və sonuncu şərt üzrə erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin. Onda biz atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indiki şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir”, - Ali Baş Komandan bildirib.