Şanxayda şiddətli istilər səbəbindən “narıncı” təhlükə səviyyəsi elan olundu » Memur.az

Şanxayda şiddətli istilər səbəbindən “narıncı” təhlükə səviyyəsi elan olundu

Şanxayda şiddətli istilər səbəbindən “narıncı” təhlükə səviyyəsi elan olunduÇin Xalq Respublikasının Şanxay şəhərində istilərlə bağlı “narıncı” təhlükə səviyyəsi elan olunub.

TASS agentliyi bu barədə Şanxay şəhərinin mərkəzi meteoroloji stansiyasına istinadən xəbər verib.

Sinoptiklərin bildirdiyinə görə, Şanxay şəhərinin bəzi rayonlarında havanın hərarəti 37 dərəcəni keçib.

Sakinlərə uzun müddət günəş şüaları altında qalmamaq, kondisionerlə təmin edilməyən qapalı məkanlarda iş saatını azaltmaq tövsiyə olunur.