Məşhur aktyor toyda öldü » Memur.az

Məşhur aktyor toyda öldü

Məşhur aktyor toyda öldü

Türkiyəli aktyor toyda ölüb. Lent.az-ın hürriyyet.com.tr-yə istinadən məlumatına görə, türk filmlərinin usta aktyoru Sümər Tilmaçın Sədat Pekər və Özgə Yılmaz cütlüyünün toy mərasimində vəziyyəti ağırlaşıb. Toy mərasimin keçirildiyi yerdən dərhal xəstəxanaya aparılan aktyor 66 yaşında həyatını itirib. Onun infarktdan öldüyü bildirilib.

Qeyd edək ki, Sümər Tilmaç bir müddət əvvəl ağçiyərinə su yığılmasından müalicə almışdı.