Britaniya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq - Səfirlik açıqladı » Memur.az

Britaniya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq - Səfirlik açıqladı

Britaniya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq - Səfirlik açıqladıBöyük Britaniya Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi açıqlama yayıb.

Bildirilib ki, Britaniya Azərbaycanla güclü ikitərəfli münasibətləri inkişaf etdirməkdə, həmçinin, NATO vasitəsilə və çoxmillətli əməliyyatlar üzrə əməkdaşlıqda maraqlıdır:

“COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, azərbaycanlı zabitlər güclü əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmləndirərək, Böyük Britaniyada təlimlərinə davam edirlər”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.