Türkiyədə müsbət dinamika davam edir: Son sutkada koronavirusdan sağalanların sayı yoluxanlardan çox oldu » Memur.az

Türkiyədə müsbət dinamika davam edir: Son sutkada koronavirusdan sağalanların sayı yoluxanlardan çox oldu

Türkiyədə müsbət dinamika davam edir: Son sutkada koronavirusdan sağalanların sayı yoluxanlardan çox olduTürkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 24 nəfər ölüb.

Memur.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında paylaşıb. 

O qeyd edib ki, son 24 saatda 41413 şübhəli koronavirus testindən keçib, onlardan 1212-nin cavabı pozitiv çıxıb. Bu gün 1293 xəstə isə sağalıb. 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4974 nəfər ölüb, 188897 nəfər bu infeksiyaya yoluxub, 161533 nəfər isə müalicə olunub.