Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artmağa başladı » Memur.az

Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artmağa başladı

Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artmağa başladıSon sutka ərzində Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.

Bildirilir ki, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 825 nəfərə çatıb.  

Son gündə koronavirusa yoluxanların sayında ciddi artım nəzərə çarpıb. Belə ki, sutka ərzində 1 592 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, koronavirusa yoluxma hallarının ümumi sayı 179 831 nəfərə yüksəlib.