Almaniyada bərbərxanalar açılsa da, bu qadağa qüvvədə qaldı » Memur.az

Almaniyada bərbərxanalar açılsa da, bu qadağa qüvvədə qaldı

Almaniyada bərbərxanalar açılsa da, bu qadağa qüvvədə qaldıAlmaniyada bərbərxana və gözəllik salonları yenidən açılıb.

“Anadolu” agentliyi xəbər verir ki, Almaniya kansleri Angela Merkelin və əyalət rəhbərlərinin iki həftə əvvəl verdikləri qərara əsasən, müəyyən qaydalara riayət etməklə bərbərxana və gözəllik salonları bu gündən yenidən xidmətə başlayıb.

Bərbərlərdən biri agentliyə verdiyi müsahibəsində qeyd edib ki, səkkiz saat maska ilə işləmək xüsusilə tənəffüs problemli insanlar üçün çox çətin olsa da, başqa çarə yoxdur.

O, eyni zamanda üzlə təmas tələb edən prosedurların qadağan olunması səbəbindən saqqal qırxmadıqlarını da bildirib.