Koronaviruslu xəstələrin dərisində beş növ dəyişiklik müəyyən edildi » Memur.az

Koronaviruslu xəstələrin dərisində beş növ dəyişiklik müəyyən edildi

Koronaviruslu xəstələrin dərisində beş növ dəyişiklik müəyyən edildiİspaniyanın Dermatologiya Akademiyasının alimləri COVİD-19-a yoluxanların dərisindəki dəyişikliklərin təsnifatını aparıblar.

Bu barədə “British Journal of Dermatology” jurnalıyazır.

Tədqiqat zamanı elm adamları 375 xəstənin göstəricilərini öyrənib və beş tip dəri səpkisini müəyyən ediblər.

Belə ki, COVID-19-a yoluxanların 19%-nin dərisində yanıq və ya donvurma zamanı yaranan suluqlar şəklində səpkilər olub. Bu tip əsasən cavanlar arasında müşahidə olunub. Səpkilər başlıca olaraq xəstənin əllərində yaranıb. 

Respondentlərin 19%-i də qaşınmaya səbəb olan örə şəklində təzahürlərlə qarşılaşıblar.

Uçuğa oxşayan vezikulyar (qovuqlu) səpkilər respondentlərin 9%-da müşahidə olunub. Onlar əsasən bədəndə yaranıblar və qaşınma veriblər.

Araşdırılan koronaviruslu xəstələrin əksəriyyəti ləkəli papulozla üzləşiblər. Belə səpkilər çox vaxt ağır xəstələrin bədənində qeydə alınıb.

Əsasən COVID-19-un ağır formalarına yoluxan yaşlılar olmaqla, xəstələrin 6%-nin bədənində livedo (kapilyarların üzə çıxaraq torvari şəkil yaratması – red.) və nekroz (dəri hüceyrələrinin erkən ölməyi – red.) yaranıb.