Çexiyada koronavirus pandemiyası ilə bağlı fövqəladə halın müddəti uzadıldı » Memur.az

Çexiyada koronavirus pandemiyası ilə bağlı fövqəladə halın müddəti uzadıldı

Çexiyada koronavirus pandemiyası ilə bağlı fövqəladə halın müddəti uzadıldıÇexiya parlamentinin deputatları 10 saat çəkən müzakirələrdən sonra ölkədə koronavirusla bağlı tətbiq edilən fövqəladə halın müddətinin mayın 17-dək uzadılması barədə qərar qəbul edib.

“RİA Novosti” xəbər verir ki, Çexiyada martın 12-i tətbiq edilən fövqəladə hal aprelin 30-dək uzadılmışdı.

Qeyd etmək lazımdır ki, hökümət parlamentin müvafiq qərarı olmadan bu məhdudiyyəti 30 gündən artıq uzada bilməz.

Aprelin 28-i çıxış edən ölkənin Baş naziri Andrey Babiş, Səhiyyə naziri Adam Voytex və digər nazirlər fövqəladə halın mayın 25-dək uzadılmasının məqsədəuyğun olduğunu bildiriblər. Lakin müxalifət nümayəndələri nazirlərin çıxışlarının inandırıcı olmadığını vurğulayıblar.

Nəticədə hamını qane edən variant seçilib. Parlament fövqəladə halın mayın 17-dək uzadılması barədə qərar qəbul edib.