Braziliyada 4,5 mindən çox insan koronavirusun qurbanı olub » Memur.az

Braziliyada 4,5 mindən çox insan koronavirusun qurbanı olub

Braziliyada 4,5 mindən çox insan koronavirusun qurbanı olubBraziliyada 66 mindən çox insan koronavirusa yoluxub, 4543 nəfər isə xəstəliyin qurbanı olub.

“RİA Novosti” xəbər verir ki, ötən gün ərzində ölkədə daha 4613 insan koronavirusa yoluxub.

Ümumi olaraq yoluxanların təxminən 50%-i ölkənin Cənub-Şərq bölgəsində yaşayır. Bu bölgəyə San-Paulu, Rio-de-Janeyro, Espiritu-Santu və Minas-Jerays ştatları daxildir.

Qeyd edək ki, həmçinin ötən sutka ərzində daha 338 nəfər xəstəliyin qurbanı olub.