Trampın ailəsi karantin qaydalarını pozdu » Memur.az

Trampın ailəsi karantin qaydalarını pozdu

Trampın ailəsi karantin qaydalarını pozduABŞ Prezidenti Donald Trampın ailəsi yəhudilərin bayramına görə karantin qaydalarını pozub.

“The New York Times” xəbər verir ki, ABŞ liderinin qızı və köməkçisi İvanka Trampın əri - prezidentin baş məsləhətçisi vəzifəsini tutan Cared Kuşner Ağ Evdən ayrılıb.

Onlar Pasxa bayramını qeyd etmək üçün uşaqları ilə birlikdə Nyu-Cersiyə gediblər.

Bu hadisə Vaşinqton sakinlərinə böyük ehtiyac olmadan evdən çıxmamaqla əlaqədar qadağanın qoyulduğu günlərdə baş verib.

Qeyd edilir ki, İvanka Tramp şəhərdə öz işlərinə davam edib, Cared Kuşner tezliklə Ağ Evə qayıdıb. Hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.