Rusiyada Qələbə Günü qeyd olunacaqmı? - AÇIQLAMA » Memur.az

Rusiyada Qələbə Günü qeyd olunacaqmı? - AÇIQLAMA

Rusiyada Qələbə Günü qeyd olunacaqmı? - AÇIQLAMARusiyada İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünün qeyd edilməsi ilə bağlı məsələyə Vladimir Putinin mətbuat katibi Dimitri Peskov münasibət bildirib.

RT xəbər verir ki, Peskov bununla bağlı bir neçə variantın nəzərdən keçirildiyini deyib:

“Aydındır ki, fərqli variantlar nəzərdən keçirilir, lakin bu günə qədər heç bir konkret qərar verilmədiyi üçün bu barədə danışmaq hələ tezdir”.

O, müharibə iştirakçılarının dəvət olunması ilə də bağlı fikir bildirib.

Peskov müharibə veteranlarının riskli yaş qrupuna aid olduqlarını əsas gətirərək, onların hansısa tədbirdə iştirak etmələrinin sağlamlıqları üçün təhlükəli olduğunu qeyd edib.