Bir nəfər COVID-19 xəstəsinin olduğu əyalətin rəhbərindən şok etiraf: “Əslində beş min...” » Memur.az

Bir nəfər COVID-19 xəstəsinin olduğu əyalətin rəhbərindən şok etiraf: “Əslində beş min...”

Bir nəfər COVID-19 xəstəsinin olduğu əyalətin rəhbərindən şok etiraf: “Əslində beş min...”Ukraynanın Zakarpatye Vilayət Şurasının sədri Mixail Rivis bildirib ki, əslində vilayətdəki yoluxanların sayı beş min nəfərə çata bilər.

Bu barədə Strana.ua saytı məlumat yayıb.

“Anlamaq lazımdır ki, hazırda əyalətdə beş minə yaxın yoluxan var və hər saniyə virusu yayırlar”, - Rivis “Facebook” hesabında yazıb.

Həmçinin region rəhbəri yerli səhiyyə sisteminin bu cür vəziyyətin öhdəsindən gəlmək iqtidarında olmadığını qeyd edib.

Qeyd edək ki, vilayətdə hazırda rəsmi olaraq bir yoluxma halı təsdiqlənib.