Hindistan ordusunda koronavirus aşkarlandı » Memur.az

Hindistan ordusunda koronavirus aşkarlandı

Hindistan ordusunda koronavirus aşkarlandıHindistan ordusunun hərbçisi koronavirusa yoluxub.

NDTV-nin məlumatına görə, virus Ladakx vilayətində yerləşən Leh şəhərində, 34 yaşlı kəşfiyyatçıda aşkar edilib.

Bildirilir ki, hərbçi məzuniyyətdə olduğu zaman İrandan gələn atasından virusa yoluxub.

O, ailəsi ilə birgə karantinə yerləşdirilib.

Qeyd edək ki, indiyə qədər Hindistanda 147 nəfər koronavirusa yoluxub. 4 nəfər bu virusdan ölüb, 14 nəfər isə sağalıb.