Daha iki ölkədə koronavirus aşkarlandı » Memur.az

Daha iki ölkədə koronavirus aşkarlandı

Daha iki ölkədə koronavirus aşkarlandıKoronavirus dəhşəti dünyaya yayılmağa davam edir.

TASS informasiya agentliyi məlumat verir ki, koronavirus Yeni Zelandiya və Litvada da aşkarlanıb.

Qeyd edilir ki, koronavirusa yoluxan bir şəxs fevralın 26-da Yeni Zelandiyanın Oklend şəhərində olub.Litvada da koronavirusa yoluxma halı qeyd edilib. Bu barədə Litva Səhiyyə Nazirliyi açıqlayıb.

Virusun aşkar olunduğu qadının Litvaya br neçə gün əvvəl İtaliyadan gəldiyi məlum olub.

Həmin qadın Şyaulyay şəhərində xəstəxanaya yerləşdirilib.