Koronavirusdan ölənlərin sayı durmadan artır - YENİLƏNİB » Memur.az

Koronavirusdan ölənlərin sayı durmadan artır - YENİLƏNİB

Koronavirusdan ölənlərin sayı durmadan artır - YENİLƏNİBÇində 2019-nCoV koronavirusundan ölənlərin ümumi sayı 803 nəfərə çatıb.

Bu barədə “Agence France Presse” yazır.

03:25

Çinin Hubey əyalətində 2019-nCoV koronavirusundan ölənlərin sayı 780 nəfərə çatıb.

Bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, əyalətdə virusa artıq 27,1 min nəfər yoluxub, 1,4 mindən artıq insan isə sağalıb.

Uxan şəhərində isə sutka ərzində 1379 yeni yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, Çin hökuməti 2019-cu ilin dekabr ayının sonunda Uxan şəhərində 2019-nCoV pnevmaniya virusunun səbəb olduğu epidemiyanın baş qaldırdığını bildirmişdi.