ABŞ İran generalının öldürülməsinin səbəbini açıqladı » Memur.az

ABŞ İran generalının öldürülməsinin səbəbini açıqladı

ABŞ İran generalının öldürülməsinin səbəbini açıqladıABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn iranlı general Qasım Süleymaninin öldürülməsinin səbəbi kimi generlın amerikalı diplomatlara və hərbi personala sui-qəsd cəhdləri hazırlaması barədə məlumat əldə etməklərini göstərib. O, bu barədə “Fox News”un efirində açıqlama edib.

“Əldə etdiyimiz və çox əhəmiyyətli hesab etdiyimiz məlumatlara görə, Süleymani və onunla əlbir olanlar yaxın günlərdə çox sayda ABŞ diplomatı və əsgərini öldürməyə hazırlaşırdılar”, - deyə, müşavir qeyd edib.

O, İran generalının öldürülməsinin ABŞ Prezidenti Donald Trampın prinsiplərinə zidd olmadığını da vurğulayıb.