Paşinyan Qarabağdakı sabiq müdafiə ordusunun komandirini işdən qovdu » Memur.az

Paşinyan Qarabağdakı sabiq müdafiə ordusunun komandirini işdən qovdu

Paşinyan Qarabağdakı sabiq müdafiə ordusunun komandirini işdən qovduErmənistanın Baş naziri Nikol Paşinyan baş hərbi müfəttiş Movses Hakobyanı vəzifəsindən kənarlaşdırıb.

Bundan əlavə, onun iki müavini - Vaçaqan Nersisyan və Kamo Koçunç da vəzifələrindən uzaqlaşdırılıb.

Qərar hökumət başçısının saytında dərc olunub.

Xatırladaq ki, keçən ilin mayında Nikol Paşinyanın Baş nazir seçilməsindən sonra Movses Hakobyan Baş Hərbi müfəttiş təyin edilib.

O, daha əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində separatçı rejimin “Müdafiə naziri” və daha sonra Ermənistanın Baş Qərargah rəisi olub.

Movses Hakobyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın doğma dayısıdır.