Dünyanın ən romantik şəhərlərindən biri su altında qaldı » Memur.az

Dünyanın ən romantik şəhərlərindən biri su altında qaldı

Dünyanın ən romantik şəhərlərindən biri su altında qaldıİtaliyanın Venesiya şəhəri güclü daşqın səbəbindən su altında qalıb. Suyun səviyyəsi 127 sm olmaqla kritikdir.

“Vesti.ru” bildirir ki, Müqəddəs Mark meydanının üçdən biri, eləcə də eyniadlı kilsə də su altında qalıb. Şəhərdə ya uzunboğaz çəkmələrdə, ya da xüsusi döşənəklərdə hərəkət etmək olur.

Venesiyadakı "yüksək su" mövsümü güclü yağış yağdığına görə dəniz səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilir. Şəhər rəhbərliyi iki ildən sonra xüsusi müdafiə maneəsi sisteminin quraşdırılacağına söz verib.