Tarix : 12-11-2019, 00:30 | Bölmə: dunya

Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı üzə çıxdıSuriya Prezidenti Bəşər Əsəd “Moskva Siti” beynəlxalq kompleksində 20 mənzilə sahibdir.

“Financial Times”ın məlumatına görə, son altı ildə Əsədə məxsus olan Məhluf ailəsinin bir neçə üzvü kompleksdə olan 18 ədəd daşınmaz əmlakı alıb.

Kompleksdə yerləşən 13 obyekt Əsədin qardaşı Hafiz Məhlufa, iki obyekt onun arvadına və qayınanasına, daha üçü isə onun qardaşı oğluna məxsusdur.

Ümumilikdə, ailənin aldığı bütün mənzillərin ümumi dəyərinin 40 milyon dollar təşkil etdiyi bildirilir.

Oxşar xəbərlər