Şahzadə Uilyam və Keyt Middltonun təyyarəsi fırtınaya düşdü » Memur.az

Şahzadə Uilyam və Keyt Middltonun təyyarəsi fırtınaya düşdü

Şahzadə Uilyam və Keyt Middltonun təyyarəsi fırtınaya düşdüBritaniya şahzadəsi Uilyam və xanımı Keyt Middltonun təyyarəsi fırtınaya düşüb.

TASS xəbər verir ki, hava şəraiti pis olduğundan şahzadə və xanımının olduğu təyyarə İslamabadda yerə enə bilməyib.Təyyarə səmaya qalxdığı Lahor şəhərinin hava limanına geri qayıtmalı olub.

Bundan öncə təyyarə iki dəfə müxtəlif hava limanlarında enməyə cəhd göstərib. Lakin buna müvəffəq olmayıb.

Bildirilir ki, Uilyam və Keytə heç bir zərər dəyməyib və hər şey qaydasındadır.