Hava limanına pul yağdı » Memur.az

Hava limanına pul yağdı

Hava limanına pul yağdı

Türkiyənin İstanbul şəhərindəki “Atatürk” hava limanına pul yağıb.

ANS PRESS-in yerli mətbuata istimadən verdiyi məlumata görə, sərnişinlərin baqajlarını təyyarəyə daşıyan avtomobildən yerə düşən pulla dolu torba partlayıb.

Torbanın partlaması ilə 10 minlərlə lirə dəyərində kağız əsginazlar küləyin də təsiri ilə hava limanına səpələnib.

Hava limanı əməkdaşları və polis dərhal səpələnən pulu toplayıb.

Hava limanının polis bölməsinə aparılan pulların seriya nömrələri qeydiyyta götürülüb.

Hələlik pulların kimə aid olduğu bilinmir.

Faktla bağlı istintaq başladılıb və pulun sahibinin tapılması istiqamətində axtarışlar davam edir.